Background pattern
SOCAR

Gənc İstedadlar Proqramı

SOCAR

Bakı

7 Oktyabr 2025

banner-ads

Ümumi məlumat

Məqsədimiz nədir?

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrində təhsil alan, öyrənməyə həvəsli, şəxsi inkişafına və peşəkar bacarıqlarının artırılmasına maraqlı, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək biliklərə sahib Azərbaycan gənclərinin inkişafına dəstək olmaq məqsədilə Gənc İstedadlar Proqramına start verir. Proqrama qoşulan gənclər şirkətimizin peşəkar əməkdaşları ilə birgə çalışmaq və iri miqyaslı layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Məqsədimiz gənclərin texniki bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin onları korporativ mühitlə tanış etmək, təşkilati dəyərləri aşılamaq və iş həyatına hazırlamaqdır.


Proqram sizə nə vəd edir?

Proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində iştirak etmək, ixtisas biliklərinin və davranış səriştəliklərinin inkişaf etməsi üçün təşkil olunan təlimlərdə iştirak etmək və müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir. Proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma imkanı əldə edirlər.

Öhdəliklər

Vəzifə öhdəlikəri barəsində məlumat veriləcək

Tələblər

Gənc İstedadlar Proqramına kimlər müraciət edə bilər?

Proqrama aşağıdakı ixtisaslar üzrə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavr pilləsinin sonuncu kursunda və magistratura pilləsində təhsil alan, həmçinin son 3 il ərzində təhsilini başa vurmuş məzunlar müraciət edə bilərlər. Proqramda iştirak etmək üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
  • Yaşı 29-dək olmalıdır;
  • Məzunlar tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməlidir;
  • Tələbələr tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin sonuncu kursunda və ya magistratura pilləsində təhsil almalıdır;
  • Bakalavr ixtisası müraciət etdiyi ixtisasa uyğun olmayan, ixtisasını dəyişmiş tələbələr magistraturanın ikinci kursunda təhsil almalıdır;
  • Proqram dövründə SOCAR və ya digər bir işəgötürənlə əmək münasibətlərində olmamalıdır;
  • Rəsmi transkript və ya diplom əlavəsinə əsasən ümumi orta müvəfəqiyyət göstəricisi (CumGPA) 75%-dən, digər qiymətləndirmə sistemində isə 2.5-dən yüksək olmalıdır. Müraciətçilər universitetdən alınmış rəsmi transkripti qoşmaya əlavə etməlidir. Təhsilini davam etdirən tələbələrin transkriptində müraciət dövründən əvvəlki semesterin qiymətləri mütləq şəkildə nəzərə alınmalıdır.
  • Namizədin cari proqram dövrü ərzində yalnız bir elektron müraciəti nəzərə alınır və bir ixtisas üzrə namizədliyi qəbul edilir.


Seçim prosesi hansı mərhələlərdən ibarətdir?

Seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:

  • I mərhələ : Müraciət edən gənclərin məntiqi təfəkkür və ingilis dili biliklərinin yoxlanılması məqsədilə test imtahanı mərhələsi təşkil edilir.
  • II mərhələ : İxtisas qrupları üzrə test imtahanından müvafiq keçid balını toplayan gənclər üçün müsahibə mərhələsi təşkil edilir.


Necə müraciət etmək olar?

Gənc İstedadlar Proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı keçidlər üzrə elektron müraciət etməlidirlər.

Əlavə suallarınız olarsa hr@socar.az ünvanına göndərə və ya 0125213405 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərsiniz.


*Məlumat üçün bildiririk ki, SOCAR Gənc İstedadlar Proqramının qalibi olmuş şəxslərin işə qəbul edilməsi ilə bağlı öhdəlik daşımır.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

7 Oktyabr 2025

Elan tarixi

6 Noyabr 2025

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb