

Ümumi məlumat
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə sonuncu kurs bakalavr tələbələr, magistrlar və yeni məzunlar üçün 3 aylıq təcrübə proqramı elan edir. Proqram, istedadlı gənclərə beynəlxalq əlaqələr və mədəniyyət sahəsində professional iş təcrübəsi, dərin bilik və bacarıqlar əldə etmək imkanı yaradacaq. Bununla yanaşı, təcrübə proqramında iştirak edən gənclər, sahə üzrə mütəxəssislərlə birgə dinamik komandada çalışacaq və mədəniyyət sahəsində hökumətlərarası beynəlxalq təşkilatlarla fəaliyyətlərin təşkilində yaxından iştirak edəcəkdir.
Proqramın Məqsədi:
Gələcəyini bizimlə quraraq mədəniyyət sahəsinin inkişafına və Azərbaycanın mədəniyyət diplomatiyasına töhfə vermək istəyən gənclər, aşağıdakı qeydiyyat formasını doldurmaqla təcrübə proqramına qoşula bilər!
Proqrama iştirakçıların seçimi test və müsahibələrdən ibarət bir neçə mərhələdə aparılacaq.
Son müraciət tarixi: 10 oktyabr 2024-cü il
Öhdəliklər
Tələblər
© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb