Background pattern
Global Olympiad Center

GOC Könüllülük Proqramı

Global Olympiad Center

Bakı

13 Avqust 2026

banner-ads

Ümumi məlumat

GOC Könüllülərinin 2026-2027-ci mövsümü üçün qeydiyyat başlayıb


Global Olympiad Center 2026-2027-ci mövsüm üzrə GOC Könüllülük Proqramına qeydiyyatı açıq elan edir. Bakı, Sumqayıt, Gəncə və Naxçıvandan proqrama qoşulmaq istəyən gənclər 15 avqust tarixinədək müraciət edə bilərlər.


Yeni mövsümdə könüllülərin qəbulu Zal, İstiqamətləndirmə, Qarşılama, Media, Məktəbli Səfirlər və Layihə olmaqla 6 komanda istiqaməti üzrə həyata keçirilir. Namizədlər maraq dairələrinə, bacarıqlarına və inkişaf etmək istədikləri sahəyə uyğun komandanı seçərək qeydiyyatdan keçə bilərlər.


GOC Könüllülük Proqramı gənclərin beynəlxalq olimpiadaların, təhsil layihələrinin, imtahanların və müxtəlif miqyaslı tədbirlərin təşkilində yaxından iştirak etməsinə imkan yaradır. Könüllülər tədbirlərin hazırlıq mərhələsindən icrasına qədər müxtəlif təşkilati proseslərdə yer alaraq real iş mühitində təcrübə qazanırlar.


Proqramın əsas istiqamətlərindən biri gənclərin komanda işi, ünsiyyət, təşkilatçılıq, məsuliyyət və liderlik bacarıqlarının inkişaf etdirilməsidir. Könüllülər mövsüm ərzində müxtəlif layihələrdə iştirak etməklə yanaşı, fərqli komandalarla əməkdaşlıq etmək, yeni bilik və təcrübələr əldə etmək, eləcə də şəxsi və peşəkar inkişafları üçün praktiki bacarıqlar formalaşdırmaq imkanı əldə edirlər.


Global Olympiad Center olaraq könüllülərimizi yalnız tədbirlərin təşkilati prosesinə cəlb etməyi deyil, eyni zamanda onların potensialını üzə çıxara biləcəkləri, təşəbbüslərini reallaşdıra biləcəkləri və gələcək fəaliyyətləri üçün faydalı təcrübə toplaya biləcəkləri mühit yaratmağı hədəfləyirik.


2026-2027-ci mövsüm üzrə müraciətlər Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərindən qəbul olunur. Məsuliyyətli, təşəbbüskar, komandada işləməyi bacaran, öyrənməyə və inkişaf etməyə açıq olan gənclər proqrama müraciət edə bilərlər.


Qeydiyyat mərhələsi başa çatdıqdan sonra daxil olan müraciətlər qiymətləndiriləcək və növbəti mərhələyə uyğun namizədlərlə əlaqə saxlanılacaq.


Son qeydiyyat tarixi: 15 avqust


GOC Könüllülərinin 2026-2027-ci mövsümünə qoşulmaq üçün qeydiyyat formasını doldura bilərsiniz:


https://forms.gle/sSx7Pj2ehDtsk28z8


Yeni mövsümdə GOC Könüllü Komandasına qoşulacaq bütün namizədlərə uğurlar arzulayırıq!

Öhdəliklər

Ətraflı məlumat veriləcək

Tələblər

Ətraflı məlumat veriləcək

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

13 Avqust 2026

Elan tarixi

15 Avqust 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb