Bu rolda olan şəxs təcrübəçilərin koordinasiyasını və sənədləşməsini təmin edəcək, daxili vakansiyalar və rotasiya proseslərində dəstək olacaq.
Son müraciət tarixi: 15 Iyul
Öhdəliklər
Namizədlərin struktur bölmələrdə təcrübə keçmələrinin müvafiq qaydada rəsmiləşdirilməsi;
Əməkdaşların test və müsahibə mərhələlərinə dəvət olunması;
Müsahibə nəticələri barədə əməkdaşların məlumatlandırılması;
“Namizəd məlumat bazasının” daima yenilənməsi;
Əməkdaşların test imtahanından keçirilməsi üçün mövcud test bazasından istifadə etmək və test bazasının zənginləşdirilməsi üçün yeni test sualları hazırlayaraq testləşdirmə proqramının yaddaşına əlavələrin edilməsi;
İşçi yerləşdirilməsi və koordinasiyası şöbəsinin prosedurundan irəli gələn proseslərin icrası;
Tələblər
Ali təhsil (İnsan Resursları sahəsi üzrə təhsil almış məzunlar və ya İnsan Resursları sahəsi üzrə təcrübə keçmiş namizədlər arzuolunandır);
MS Office proqramları üzrə işləmək qabiliyyəti;
Ünsiyyətqurma və səlis danışıq qabiliyyəti;
Səbirli, məsuliyyətli və intizamlı;
Yüksək motivasiyalı və öyrənməyə açıq olmalı.
Məlumat veriləcək
Maaş
Təcrübə Proqramları
Kateqoriya
Tam-ştat
İş rejimi
23 İyun 2025
Elan tarixi
23 İyul 2025
Bitmə tarixi
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.