Background pattern
PASHA Insurance

İstedadların cəlb edilməsi üzrə təcrübəçi

PASHA Insurance

Bakı

11 Noyabr 2026

Ümumi məlumat

PAŞA Sığorta ASC İnsan Resursları və Daxili Kommunikasiyalar departamentinin İstedadların cəlb edilməsi komandasına qoşulmaq istəyən motivasiyalı və öyrənməyə həvəsli namizədləri təcrübəçi vakansiyasına müraciət etməyə dəvət edir.

Bu rol insan resursları sahəsində karyerasına başlamaq, korporativ mühitdə praktiki təcrübə qazanmaq və işə qəbul proseslərini yaxından öyrənmək istəyən gənc mütəxəssislər üçün nəzərdə tutulub.

Öhdəliklər

  • İşə qəbul prosesinin gündəlik fəaliyyətlərində komandaya dəstək göstərmək;
  • Namizədlərlə kommunikasiyanın qurulması və müsahibələrin koordinasiyasında iştirak etmək;
  • Vakansiyalara uyğun namizədlərin axtarışı və ilkin seçim proseslərinə dəstək olmaq;
  • Namizəd məlumatlarının müvafiq sistemlərə daxil edilməsi və məlumat bazalarının yenilənməsini təmin etmək;
  • İşə qəbul üzrə hesabatların, sənədlərin və təqdimatların hazırlanmasına kömək etmək;
  • Karyera sərgiləri, təlimlər və digər HR tədbirlərinin təşkilində iştirak etmək.

Tələblər

  • İnsan resursları və işə qəbul sahəsinə maraq;
  • Güclü kommunikasiya, təşkilatçılıq və komandada işləmək bacarıqları;
  • Diqqətlilik, məsuliyyətlilik və öyrənməyə açıqlıq;
  • Analitik düşünmə və məlumatlarla işləmək bacarığı;
  • MS Office proqramları, xüsusilə Excel, Word və PowerPoint üzrə biliklər;
  • Azərbaycan dilində səlis, ingilis dilində yaxşı ünsiyyət bacarığı.

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb