İT xidmətlərinin idarə edilməsi sahəsində praktiki təcrübə qazanmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək istəyən, öyrənməyə həvəsli təcrübəçi axtarırıq.
Öhdəliklər
İT komandaları ilə görüşlərin təşkilinə dəstək göstərmək və görüş qeydlərini hazırlamaq;
Məlumatları toplamaq, sistemləşdirmək və reyestrləri yeniləmək;
Hesabat və təqdimatların hazırlanmasına kömək etmək;
Tapşırıqların icra statusunu izləmək;
Risklərin idarə edilməsi prosesinə və risklərin azaldılması üzrə tədbirlərin icra statusunun izlənməsinə dəstək göstərmək;
Prosedur və sənədlərin yenilənməsində iştirak etmək.
Tələblər
İT, menecment, analitika və ya uyğun sahə üzrə son kurs tələbəsi və ya yeni məzun olmaq;
Excel, Word və PowerPoint üzrə biliklər;
İngilis və ya rus dillərindən ən azı birini bilmək - mütləq tələbdir;
Məlumatlarla işləmək və onları təhlil etmək bacarığı;
İT xidmətlərinin idarə edilməsi (ITSM) prosesləri haqqında ilkin anlayış;
Ünsiyyət və komandada işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq.
Məlumat veriləcək
Maaş
Təcrübə Proqramları
Kateqoriya
Tam-ştat
İş rejimi
16 Oktyabr 2026
Elan tarixi
26 Oktyabr 2026
Bitmə tarixi
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.