Kontakt Home

"Kontakt Home" Təcrübə proqramı

Kontakt Home

Bakı

6 May 2025

Ümumi məlumat

Ölkənin ən qabaqcıl pərakəndə satış şəbəkələrinin birində təcrübə qazanmaq istəyirsən və haradan başlamalı olduğunu bilmirsən? Elə isə "Kontakt"ın "Təcrübə Proqramı"na müraciət et.

Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, 4-cü kurs və magistr tələbələrini, 2024-2025-ci illərin məzunlarını, təcrübə proqramına qatılmağa dəvət edirik! Təcrübə proqramının bütün seçim mərhələlərindən uğurla keçmiş namizədlər AR əmək qanunvericiliyinə əsasən sənədləşdiriləcək və orientasiya proqramına cəlb olunacaqlar. Proqrama seçilən təcrübəçilər "Kontakt"ın müxtləlif strukturlarında sağlam və pozitiv korporativ mühitdə, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi qazanacaq. Təcrübə müddətində xüsusilə fərqlənən şəxslər gələcəkdə açılacaq vakansiyalar üçün potensial namizəd kimi dəyərləndirilə bilərlər. Təcrübə proqramı ödənişli əsaslarda iki ay müddətində davam edəcəkdir.

Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün bu bir fürsətdir!


Təcrübə proqramı hansı sahələri əhatə edir?

  • İnsan Resursları (İşə qəbul / Əmək münasibətləri);
  • Marketinq (Sosial media / Marketinq kommunikasiyaları / Dizayn);
  • İnformasiya və Kommunikasiya texnologiyaları (Texniki dəstək / Şəbəkə / Sistem);
  • Hüquq;
  • Maliyyə;
  • Elektron kommersiya;
  • Pərakəndə satış;
  • Əlavə pərakəndə satış xidmətləri.


Təcrübə proqramı sizə nə qazandıracaq?

  • Real iş mühiti ilə tanışlıq;
  • Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı;
  • Öz sahəsində peşakar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı;
  • Təcrübə proqramında iştiraka dair Sertifikat.

Öhdəliklər

Məlumat veriləcək

Tələblər

  • 4-cü kurs tələbələri;
  • Magistr tələbələri;
  • 2024-2025-ci illərin məzunları.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

6 May 2025

Elan tarixi

5 İyun 2025

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram