Background pattern
Bir ecosystem

Korporativ İnkişaf və İnvestor Əlaqələri Təcrübəçisi

Bir ecosystem

Bakı

3 Noyabr 2026

Ümumi məlumat

Siz təcrübəçi olaraq şirkətin strateji inkişafı və investisiya layihələri üzrə komandanın gündəlik fəaliyyətinə dəstək göstərəcək, maliyyə və bazar məlumatlarının toplanması və təhlili, maliyyə modellərinin hazırlanması proseslərində iştirak edəcəksiniz.

Öhdəliklər

  • Korporativ İnkişaf (Corporate Development) və İnvestorlarla Əlaqələr (Investor Relations) komandalarına birləşmə və satınalma (M&A) əməliyyatlarının, kapital cəlbi təşəbbüslərinin və strateji layihələrin həyata keçirilməsində dəstək göstərmək.
  • Bazar araşdırmaları, sənaye təhlilləri, şirkətlərin müqayisəli təhlili və rəqiblərin qiymətləndirilməsini aparmaq.
  • Maliyyə təhlillərinin, qiymətləndirmələrin (valuation) və maliyyə modellərinin hazırlanmasına kömək etmək.
  • Rəhbərlik və investorlar üçün təqdimatların, eləcə də əməliyyat və layihələrlə bağlı digər materialların hazırlanmasında iştirak etmək.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil dərəcəsi.
  • Güclü analitik və kəmiyyət təhlili bacarıqları, korporativ maliyyə və maliyyə hesabatları haqqında yaxşı biliklər.
  • Microsoft Excel və PowerPoint proqramlarında işləmək bacarığı; maliyyə modelləşdirilməsi və qiymətləndirmə metodları haqqında biliklərin olması üstünlükdür.
  • İngilis dilini mükəmməl səviyyədə bilmək.
  • Detallara yüksək diqqət, intellektual maraq və öyrənməyə həvəs.
  • Müstəqil işləmək, eyni vaxtda bir neçə tapşırığı idarə etmək və son tarixlərə riayət etmək bacarığı.
  • İnvestisiya bankçılığı, konsaltinq, korporativ maliyyə və ya Big Four şirkətlərində əvvəlki təcrübənin olması üstünlükdür.

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb