Korporativ müştərilərə şirkətin məhsul və xidmətlərini təqdim edən, satış strategiyalarını inkişaf etdirən və müştəri əlaqələrini gücləndirən namizəd axtarışındayıq.
Öhdəliklər
Hüquqi şəxslər və fərdi sahibkarlara aid olan kredit və sənədli əməliyyatlara dair müraciətlərə baxılması və ilkin rəylərin verilməsi;
Kredit və sənədli əməliyyatlar üzrə müraciət daxil olduqda, təsdiq olunmuş qaydalara əsasən biznes-təhlilinin aparılması;
Müştərilərlə əlaqə saxlanılması və hər hansısa problemlər yarandıqda onların aradan qaldırılması üçün lazımı tədbirlər görülməsi;
Korporativ müştərilər ilə mütəmadi olaraq görüşlərin təşkil edilməsi;
Problemli kredit portfelinə nəzarət edilməsi və hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması və qısa müddət ərzində ödənişlərin təmin edilməsi;
Yeni müştərilərin cəlb olunmasının həyata keçirilməsi və korporativ müştərilərə bankın məhsulları üzrə təkliflərin verilməsi.
Tələblər
Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil və ya sonuncu kurs tələbələri;
Azərbaycan, rus və ingilis dilllərində yüksək səviyyədə danışma bacarığı;
Müştəriyönümlülük;
Analitik düşünmə qabiliyyəti;
Detallara diqqətli;
Sərbəst işləmə qabiliyyəti;
Yüksək səviyyədə ünsiyyətqurma bacarıqları;
Vahid komandada işləmək qabiliyyəti.
Məlumat veriləcək
Maaş
Təcrübə Proqramları
Kateqoriya
Tam-ştat
İş rejimi
13 Yanvar 2026
Elan tarixi
16 Yanvar 2026
Bitmə tarixi
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.