Background pattern
PASHA Insurance

Maliyyə Nəzarəti üzrə Təcrübəçi

PASHA Insurance

Bakı

9 Oktyabr 2026

banner-ads

Ümumi məlumat

PAŞA Sığorta ASC namizədləri Maliyyə Nəzarəti üzrə Təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu rol, Maliyyə Nəzarəti departamentinə dəstək göstərərək, şirkətin maliyyə əməliyyatlarının daxili siyasət və müqavilə şərtlərinə uyğunluğunun yoxlanılması prosesində mühüm rol oynayır. Təcrübəçi, tələbnamələrin, vendor ödənişlərinin, sığorta və tibbi sığorta ödənişlərinin yoxlanılmasına dəstək göstərəcək və maliyyə sənədlərinin dəqiqliyinin təmin edilməsinə töhfə verəcəkdir.

Öhdəliklər

  • Tələbnamələrin və vendorlar üzrə ödəniş sənədlərinin yoxlanılması prosesinə dəstək göstərmək;
  • Sığorta, tibbi sığorta və xitam ödənişlərinin yoxlanılmasında iştirak etmək;
  • Sistemdəki məlumatların müqavilə şərtlərinə uyğunluğunu yoxlamaq;
  • Agent komissiyaları üzrə müqavilələrin reyestrinin aparılmasına dəstək vermək;
  • Vergi mühasibinə gündəlik fəaliyyətində dəstək göstərmək.

Tələblər

Bilik və Bacarıqlar

  • Maliyyə və mühasibatlığın əsasları haqqında biliklər;
  • MS Excel proqramında işləmə bacarığı;
  • SQL və Python bilikləri arzuolunandır;
  • Güclü analitik düşüncə və təhlil qabiliyyəti;
  • Detallara qarşı diqqətlilik və yüksək məsuliyyət hissi;
  • Təqdimat hazırlama bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus.

Təhsil və Təcrübə

  • İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli sahədə ali bakalavr təhsili (yeni məzunlara üstünlük verilir);
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • ACCA F2, F3 sertifikatları arzuolunandır.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

9 Oktyabr 2026

Elan tarixi

8 Noyabr 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb