Background pattern
Baku Electronics

Marketinq Departamentinə Təcrübəçi

Baku Electronics

Bakı

9 Noyabr 2024

banner-ads

Ümumi məlumat

Qurulduğumuz ilk gündən etimadınız üçün çalışdıq və artıq ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biriyik.


1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başladıq. “NAB Holdinq” başda pərakəndə satış olmaqla yanaşı, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərir. Hazırda Respublika üzrə 31 mağazada 60-dan çox rəsmi distribütoru olduğumuz brendlərin satışını həyata keçiririk.


Müasir dünyanı, yenilikləri həyatınıza qatmaq üçün çıxdığımız bu yolda satışın sadəcə məhsul satmaqla məhdudlaşmadığını öyrəndik. Telefonlar, smarfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi 15.000-dən çox məhsul çeşidi ilə həyatınızın bir parçası olduq. İşinizi asanlaşdırıb, yenilikləri əlçatan etdiyimiz üçün qürurluyuq!

Öhdəliklər

• Marketinq departamenti daxilində ümumi işlərdə dəstək olmaq.

• Təhkim edilmiş departament əməkdaşları tərəfindən verilən tapşırıqları zamanında və tələb olunan qaydada yerinə yetirmək.

• Tapşırılmış təlim materiallar, tədris vasitələri və s. öyrədici materiyalları zamandında tamamlamaq və mənimsəmək.

• Ümumi fikir fırtınalarında iştirak etmək, lazım olduqda yeni ideya təqdim etməkdən çəkinməmək.

• Departament daxili ümumi qaydalara əməl etmək, konfidensiallıq və məlumat təhlükəsizliyini təmin etmək.

• Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;

Tələblər

• Ali təhsil (və ya təhsilini davam etdirən) – Marketinq, Biznes İdarəetməsi və ya əlaqəli sahələrdə.

• Komandada işləmək bacarığı və yüksək ünsiyyət qurma qabiliyyəti.

• Yaradıcı düşüncə və problemləri həll etmə bacarığı.

• Microsoft Office (xüsusilə Excel və PowerPoint) ilə işləmə bacarığı.

• Sosial media platformalarında (Facebook, Instagram, LinkedIn və s.) təcrübə və fəaliyyət bilikləri.

• Analitik düşüncə və bazar təhlili etmək bacarığı.

• Marketinq sahəsində yeniliklərə maraq və öyrənməyə həvəs.

• Azərbaycan dilini mükəmməl, İngilis dilini orta səviyyədə bilmək, Rus dili biliyi üstünlükdür

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

9 Noyabr 2024

Elan tarixi

9 Dekabr 2024

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb