Background pattern
Innovation Management and TRIZ Institute

Marketinq üzrə təcrübəçi

banner-ads

Ümumi məlumat

📌 Vəzifə: Təcrübəçi (Marketing Intern)

📍 İş yeri: Bakı şəhəri, ofisdaxili

🕐 Təcrübə müddəti: 1–3 ay. Təcrübə müddətində namizədin bilik və bacarıqları, işə yanaşması və peşəkar inkişafı qiymətləndiriləcək. Uğurlu nəticə göstərən namizədlər üçün daimi iş imkanı nəzərdə tutulur.

Innovation Management and TRIZ Institute (IMTI) marketinq fəaliyyətlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak edəcək, yaradıcı düşüncəyə malik, təşəbbüskar və öyrənməyə həvəsli namizəd axtarır.

Biz nə təklif edirik?

  • Real layihələr üzərində praktiki iş təcrübəsi;
  • Rəqəmsal marketinq və brend kommunikasiyası sahəsində biliklərin inkişafı;
  • Peşəkar komanda ilə əməkdaşlıq və mentor dəstəyi;
  • Yaradıcılıq və təşəbbüslərin reallaşdırılması imkanı;
  • Təcrübə müddətinin sonunda uğurlu namizədlər üçün daimi iş perspektivi.

Öhdəliklər

  • Marketinq strategiyasının həyata keçirilməsində iştirak etmək;
  • Sosial media platformaları üçün kontent ideyaları hazırlamaq və paylaşım planlarının tərtibinə dəstək göstərmək;
  • Sosial media paylaşımları, reklam mətnləri, xəbər və elanlar üçün məzmun hazırlamaq;
  • Canva və digər dizayn alətləri vasitəsilə marketinq materiallarının hazırlanmasında iştirak etmək;
  • İnstitutun təlim, tədbir və xidmətlərinin tanıdılması üzrə marketinq fəaliyyətlərinə dəstək olmaq;
  • E-mail marketinq və newsletter kampaniyalarının hazırlanmasında iştirak etmək;
  • Rəqibləri, bazar tendensiyalarını və auditoriya ehtiyaclarını araşdırmaq;
  • Marketinq fəaliyyətlərinin nəticələrini izləmək və hesabatların hazırlanmasına kömək etmək

Tələblər

  • Ali təhsil diplomu mütləqdir. Bakalavr məzunları müraciət edə bilərlər;
  • Marketinq, biznesin idarə edilməsi, kommunikasiya və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür;
  • Marketinq və rəqəmsal kommunikasiya sahəsinə maraq;
  • Azərbaycan dilində düzgün və səlis yazı bacarığı;
  • Yaradıcı düşüncə, təşəbbüskarlıq və analitik yanaşma;
  • Komanda ilə işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Sosial media platformaları və rəqəmsal alətlərlə işləməyə maraq;
  • Canva, süni intellekt alətləri və Microsoft Office proqramları ilə işləmək bacarığı üstünlükdür;
  • Öyrənməyə açıq olmaq və yeni bilikləri praktikada tətbiq etmək istəyi.

İş təcrübəsinin olması məcburi deyil. Namizədin motivasiyası, öyrənmə potensialı və işə məsuliyyətli yanaşması əsas qiymətləndirmə meyarlarıdır.

Müraciət qaydası

Marketinq sahəsində peşəkar inkişaf etmək və real layihələrdə iştirak etmək istəyən namizədlər CV-lərini office@imti.az elektron poçt ünvanına göndərə bilərlər.

Mövzu sətrində “Marketing Intern – Ad Soyad” qeyd edilməsi tövsiyə olunur.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

13 Oktyabr 2026

Elan tarixi

12 Noyabr 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb