

📌 Vəzifə: Təcrübəçi (Marketing Intern)
📍 İş yeri: Bakı şəhəri, ofisdaxili
🕐 Təcrübə müddəti: 1–3 ay. Təcrübə müddətində namizədin bilik və bacarıqları, işə yanaşması və peşəkar inkişafı qiymətləndiriləcək. Uğurlu nəticə göstərən namizədlər üçün daimi iş imkanı nəzərdə tutulur.
Innovation Management and TRIZ Institute (IMTI) marketinq fəaliyyətlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak edəcək, yaradıcı düşüncəyə malik, təşəbbüskar və öyrənməyə həvəsli namizəd axtarır.
- Marketinq strategiyasının hazırlanması və icrası;
- Bazar və rəqib təhlilinin aparılması;
- Marketinq kampaniyalarının planlaşdırılması və təşkili;
- Müştəri ehtiyaclarının və hədəf auditoriyanın müəyyən edilməsi;
- Yeni müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi;
- Brendin tanıdılması və bazarda mövqeləndirilməsi;
- Marketinq layihələrinin təşkili və koordinasiyası;
- Reklam və kommunikasiya materiallarının hazırlanması;
- Marketinq fəaliyyətlərinin nəticələrinin təhlili və hesabatların hazırlanması.
Komanda ilə işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
İş təcrübəsinin olması məcburi deyil. Namizədin motivasiyası, öyrənmə potensialı və işə məsuliyyətli yanaşması əsas qiymətləndirmə meyarlarıdır.
Müraciət qaydası
Marketinq sahəsində peşəkar inkişaf etmək və real layihələrdə iştirak etmək istəyən namizədlər CV-lərini office@imti.az elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu sətrində “Marketing Intern – Ad Soyad” qeyd edilməsi tövsiyə olunur

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb