Background pattern
Simurg MMC

Mühasibatlıq üzrə təcrübə proqramı

Simurg MMC

Bakı

28 Avqust 2024

Ümumi məlumat

Simurg MMC Mühasibatlıq şöbəsində yeni məzunlara, iş təcrübəsi olmayan və bizimlə karyera yolunu arzulayanlara ödənişli təcrübə proqramı elan edir.

Təcrübə müddəti 3 aydır, həmin müddətdə müvəffəqiyyətlə fərqlənən namizədlər işlə təmin edilə bilərlər.

İş qrafiki: 5 gün, 09:00-18:00

Maraqlanan namizədlər cv@simurg.co.az email ünvanına mövzuda "Mühasibatlıq təcrübə proqramı" yazaraq CV göndərməklə müraciət edə bilərlər.

Öhdəliklər

Günlük satışların, kassa əməliyyatlarının və xərclərin sistemə işlənilməsi;

Hesab fakturalar üzrə malların mədaxili, silinməsi və yerdəyişməsinin sistemə işlənilməsi;

Elektron qaimələrin tərtibi, təsdiqi və nəzarəti və s.

Tələblər

1. Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə ali təhsil

2. Riyazi biliklərinin və analitik təhlil bacarığının yüksək olması

3. Excel üzrə fundamental biliklər və sərbəst işləmə bacarığına malik olması

4. Aktiv və sürətli öyrənmə bacarığı, işgüzar və hədəfyönümlü olması

5. Komanda ilə işləmə bacarığı, çeviklik

6. İngilis dili biliyi arzuolunandır


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb