Background pattern
SEPTEM

Part-time ödənişsiz təcrübə proqramı

SEPTEM

Bakı

6 Sentyabr 2024

banner-ads

Ümumi məlumat

Azərbaycan Data və Süni İntellekt İcması olaraq, Data və Süni İntellekt sahəsinin inkişafına dəstək vermək məqsədi ilə qabaqcıl proqram təminatı şirkəti SEPTEM Tech ilə birgə əməkdaşlığımız çərçivəsində part-time ödənişsiz təcrübə proqramı elan edirik!  


Təcrübə proqramına seçiləcək namizədlərin ilkin olaraq CV-ləri dəyərləndiriləcək və test mərhələsinə dəvət ediləcək. Test mərhələsini uğurla keçən namizədlər növbəti mərhələdə müsahibəyə dəvət olunacaq.  


Septem Tech, proqram təminatı sahəsində lider şirkətlərdən biri olaraq, müştərilərin bizneslərinin inkişafını artıran mükəmməl məhsul və xidmətləri ilə bazarda uğurla fəaliyyət göstərir. Şirkət həmçinin Data və Süni İntellekt ilə bağlı layihələr həyata keçirir. 


Septem Tech şirkətinin rəsmi verb saytı: https://septem.az 


Bu program, real iş təcrübəsi əldə etmək, biliklərinizi dərinləşdirmək və sahədəki mütəxəssislərlə əlaqə qurmaq üçün əla fürsətdir! Hazırlaşmağa başlayın və bu fürsəti qaçırmayın!  


Son müraciət tarixi: 08.09.2024 

Öhdəliklər

Məlumat veriləcək

Tələblər

  • Müvafiq sahədə ali təhsil. 
  • SQL, Python, R və ya digər analitik proqramlaşdırma dillərində biliklər. 
  • Məlumatların vizuallaşdırılması üçün alətlər (məsələn, Tableau, Power BI) haqqında biliklər. 
  • Statistik analiz və məlumat modelləşdirmə bilikləri. 
  • Data analitika və ya müvafiq sahədə əvvəlki təcrübə (internship, layihə, və s.). 
  • Problemləri həll etmə bacarığı və analitik düşünmə qabiliyyəti. 
  • Məlumatları təhlil etmə və nəticələri təqdim etmə bacarığı. 
  • Komanda ilə işləmə,Özünə inam və məsuliyyət hissi. 
  • Şəxsi kompüterə malik olmaq.

Ödənişsiz

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Yarım-ştat

İş rejimi

6 Sentyabr 2024

Elan tarixi

6 Oktyabr 2024

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb