Biz komplayens sahəsində peşəkar karyera qurmaq istəyən, hüquqi düşüncəsi güclü, araşdırma aparmağı sevən, məsuliyyətli və inkişaf potensialı yüksək olan gənc istedadlar axtarırıq.
Öhdəliklər
Bankın fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlarda baş verən dəyişikliklərin araşdırılmasında və onların Bankın fəaliyyətinə mümkün təsirlərinin ilkin təhlilində iştirak etmək;
Yeni və ya dəyişdirilmiş requlyativ tələblər üzrə məlumatların toplanması, sistemləşdirilməsi və aidiyyəti struktur bölmələr üçün xülasələrin hazırlanmasına dəstək göstərmək;
Requlyativ tələblərin Bankın daxili normativ sənədləri, məhsulları, xidmətləri və biznes prosesləri ilə müqayisəli təhlilində iştirak etmək;
Aidiyyəti struktur bölmələrdən daxil olan məlumatları toplamaq, emal etmək və requlyativ uyğunluq baxımından ilkin təhlil aparmaq;
Bankla maliyyə bazarlarının tənzimləyicisi arasında aparılan yazışmaların və rəsmi müraciətlərin icra statusunun izlənilməsində dəstək göstərmək;
Requlyativ risklərin monitorinqi üzrə hesabatların hazırlanmasında, aşkarlanmış risklər üzrə məlumatların sistemləşdirilməsində və risk sahibləri ilə kommunikasiyada iştirak etmək;
Komanda ilə effektiv əməkdaşlıq etmək, struktur bölmələrlə kommunikasiya qurmaq və məlumatların hazırlanmasına dəstək göstərmək.
Tələblər
Hüquqşünaslıq ixtisası üzrə ali təhsilə sahib olmaq;
Hüquq, bank hüququ, maliyyə bazarları, korporativ idarəetmə və komplayens sahələrinə maraq göstərmək;
Azərbaycan Respublikasının bank fəaliyyəti, maliyyə bazarları, ödəniş xidmətləri və digər aidiyyəti normativ-hüquqi aktları barədə ilkin biliklərə sahib olmaq;
Normativ-hüquqi aktlar, daxili qaydalar və rəsmi sənədlərlə işləmək bacarığına malik olmaq;
Analitik düşünmək, məlumatları araşdırmaq, müqayisəli təhlil aparmaq və nəticələri aydın şəkildə təqdim etmək bacarığına malik olmaq;
Detallara diqqətli olmaq, məsuliyyətli yanaşmaq, öyrənməyə açıq olmaq və tapşırıqları vaxtında icra etmək bacarığına malik olmaq;
Microsoft Office proqramlarında, xüsusilə Word, Excel və PowerPoint-də işləmək bacarığına malik olmaq;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığına malik olmaq; ingilis dili biliyinə sahib olmaq (rus dili biliyi üstünlükdür);
Bank, hüquq, komplayens, risklərin idarə edilməsi və ya daxili audit sahəsində təcrübəyə sahib olmaq (üstünlükdür).
Məlumat veriləcək
Maaş
Təcrübə Proqramları
Kateqoriya
Məlumat veriləcək
İş rejimi
7 İyul 2026
Elan tarixi
18 İyul 2026
Bitmə tarixi
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.