

Namizəd müştərilərlə ilkin əlaqənin qurulması, daxil olan müraciətlərin cavablandırılması, müştərilərin müvafiq satış əməkdaşlarına yönləndirilməsi və satış prosesinə dəstək göstərilməsi üzrə fəaliyyət göstərəcək. Təlim və peşəkar dəstək təmin olunacaq, namizədin ünsiyyət və satış bacarıqlarının inkişafına şərait yaradılacaq.
• Potensial müştərilərlə əlaqə saxlamaq;
• Müştəri zənglərini və whatsapp müraciətlərini cavablandırmaq;
• Müştərilərə xidmətlər haqqında məlumat vermək və uyğun xidmətləri təklif etmək;
• Müştərilərin suallarını cavablandırmaq və satış prosesində iştirak etmək;
• Gündəlik zəngləri, müraciətləri və satış nəticələrini qeyd etmək;
• Görülən işlər barədə gündəlik hesabat təqdim etmək.
• Güclü ünsiyyət və təqdimat bacarığı;
• Səlis, aydın və düzgün nitq qabiliyyəti;
• Telefon vasitəsilə müştərilərlə sərbəst ünsiyyət qurmaq bacarığı;
• İnandırıcı danışıq və müştəri etirazları ilə işləmək bacarığı;
• Satış sahəsinə maraq və nəticəyönümlü yanaşma;
• Aktiv, təşəbbüskar və öyrənməyə həvəsli olmaq;
• Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
• Komandada işləmək bacarığı;
• Kompüter və ofis proqramlarından ilkin istifadə bacarığı.
• İş təcrübəsi tələb olunmur. Universitet tələbələri də müraciət edə bilərlər.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb