“PAŞA Sığorta” ASC namizədləri Sığorta əməliyyatlarına dəstək üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, müqavilə və s.) hazırlanması;
Müvafiq hallarda daxili müştərilər ilə əlaqə saxlayaraq lazımi məlumatların əldə edilməsi;
Buraxılmış sığorta şəhadətnamələrinin və digər sənədlərin skan olunmasının təmin edilməsi;
Hazırlanmış sığorta şəhadətnamələrinin daxili müştəriyə çatdırılmasının təmin edilməsi;
Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.
Tələblər
Ali təhsil;
Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi biliklər; B1 səviyyədə İngilis dili arzuolunandır;
Kompüter bilikləri: MS Office (Excel, Word) proqramları üzrə biliklər.
Sığorta sahəsində təcrübə arzuolunandır.
Komandada işləmək;
Mükəmməl kommunikasiya bacarığı;
Öz fikirlərini təmiz ifadə etmək;
Detallara diqqət və analitik bacarıqlar;
Məsuliyyətlilik;
Yaranan şəraitdə tez reaksiya göstərmək.
Məlumat veriləcək
Maaş
Təcrübə Proqramları
Kateqoriya
Tam-ştat
İş rejimi
9 İyul 2025
Elan tarixi
8 Avqust 2025
Bitmə tarixi
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.