Background pattern
Meqa Sığorta ASC

Sığorta və Satış üzrə Təcrübə Proqramı

Meqa Sığorta ASC

Bakı

30 Sentyabr 2026

banner-ads

Ümumi məlumat

“Meqa Həyat Sığorta” ASC sığorta və satış sahəsində karyera qurmaq istəyən namizədləri Təcrübə Proqramına qoşulmağa və peşəkar komandamızın bir üzvü olmağa dəvət edir.

Bu proqramın əsas məqsədi təcrübəçilərin sığorta və satış sahəsində peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, onları müştəri münasibətlərinin idarə olunması, satış prosesləri və sığorta əməliyyatları ilə yaxından tanış etməkdir. Proqram çərçivəsində təcrübəçilər daxili təlimlərdə iştirak edəcək, gündəlik iş proseslərinə cəlb olunacaq və peşəkar mentorların dəstəyi ilə real iş təcrübəsi qazanacaqlar.

Bizim Təklifimiz

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Davamlı öyrənmə və inkişaf mühiti;
  • Daxili təlimlər və peşəkar mentor dəstəyi;
  • Sığorta məhsulları və satış prosesini praktiki şəkildə öyrənmək imkanı;
  • Müştərilərlə peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirmək;
  • Real iş mühitində təcrübə qazanmaq;
  • Uğurlu nəticə göstərən namizədlər üçün uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı;

Öhdəliklər

  • Mövcud müştərilərin sığorta müqavilələrinin yenilənməsi;
  • Yeni müştərilərdən daxil olan sorğuların cavablandırılması;
  • Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılması;
  • Müştərilərə sığorta məhsulları barədə ətraflı məlumat verilməsi;
  • Müştəri və müqavilə məlumatlarının daxili informasiya sisteminə daxil edilməsi.

Tələblər

Bilik və Bacarıqlar

  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Sığorta qanunvericiliyi üzrə biliklər (üstünlükdür);
  • Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Dil bilikləri: Azərbaycan dili (rus və ingilis dilləri isə arzuolunandır);

Təhsil və Təcrübə

  • Ali təhsil (bakalavr dərəcəsi);
  • Müvafiq sahə üzrə 0–1 il iş təcrübəsi arzuolunandır.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

30 Sentyabr 2026

Elan tarixi

11 Oktyabr 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb