Background pattern
PASHA Insurance

Zərərlərin Qiymətləndirilməsi Şöbəsi üzrə Təcrübəçi

PASHA Insurance

Bakı

18 Noyabr 2026

Ümumi məlumat

PAŞA Sığorta ASC namizədləri Zərərlərin Qiymətləndirilməsi Şöbəsi üzrə Təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu rol, sığorta iddialarının qiymətləndirilməsi prosesində müştəri məmnuniyyətinin artırılması və narazılıqların effektiv idarə olunmasına yönəlmişdir. Əsas məqsəd təmir və ehtiyat hissələrinin bazar dəyərinə uyğun qiymətləndirilməsini təmin etməklə zərərlərin tənzimlənməsini optimallaşdırmaq, müştərilərlə proaktiv ünsiyyət quraraq məsələlərin tənzimləyici orqanlara qədər böyüməsinin qarşısını almaqdır. Bu vəzifə qiymətləndiricilər və ekspertlərlə əlaqələndirmə, iddiaların yenidən dəyərləndirilməsi və yekun məbləğlərin razılaşdırılması yolu ilə müştəri sadiqliyinin artırılmasına və əsassız ödənişlərin qarşısının alınmasına birbaşa təsir göstərir.

Öhdəliklər

  • Müştəri narazılıqlarının səbəblərini araşdırmaq və həlli üçün müvafiq addımlar atmaq;
  • Zərər sənədlərini (foto, video, qiymətləndirmə aktları) toplayaraq sistemə daxil etmək və yenidən araşdırılması üçün qiymətləndiriciyə yönləndirmək;
  • Müstəqil ekspertlərin cəlb olunması prosesinə dəstək göstərmək və müştəriləri məlumatlandırmaq;
  • Qiymətləndirici tərəfindən yenidən təyin edilmiş zərər məbləğini narazı müştərilərlə razılaşdırmaq;
  • Avtomobil təmiri işlərinə ümumi nəzarəti həyata keçirmək və təmirin keyfiyyətini təmin etmək;
  • Avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar dəyərinə uyğunluğunu yoxlamaq və qiymətləri razılaşdırmaq;
  • Sığorta dələduzluğu hallarının aşkarlanması və qarşısının alınması prosesində iştirak etmək.

Tələblər

Bilik və Bacarıqlar

  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Müştərilərlə effektiv ünsiyyət qurma və işləmə bacarığı;
  • Stressə davamlılıq və yüksək məsuliyyət hissi;
  • Sığorta qanunvericiliyi, avtomobil hissələrinin bazar dəyəri və servis xidmətləri haqqında biliklər;
  • Avtomobil mexanizminə dair texniki biliklər;
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus.

Təhsil və Təcrübə

  • Ali təhsil;
  • Biznes və ya müvafiq sahədə 0-1 il iş təcrübəsi;
  • Aidiyyəti sahə üzrə sertifikatların olması arzuolunandır.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

18 Noyabr 2026

Elan tarixi

18 Dekabr 2026

Bitmə tarixi


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb