
Bakı,Azərbaycan
About the Company
Nooshet – ev aşpazlarını alıcılarla birləşdirən, ev mətbəxlərini gəlir mənbəyinə çevirən innovativ marketplace-dir. Missiyamız sağlam ev yeməklərini hər kəs üçün əlçatan etmək və evdar xanımlara, tələbələrə mikrobiznes imkanları yaratmaqdır.
Layihənin təməli 2023-cü ildə qoyulub. İdeya mərhələsində "FoodShare" adı altında Sabah.HUB və Enactus UNEC proqramlarında layihəmizi uğurla təmsil edərək biznes modelimizi təkmilləşdirmişik.
2025-ci ilin sentyabrından etibarən yeni brendinq (Nooshet) və formalaşmış peşəkar komanda ilə fəaliyyətimizi genişləndirmişik. Hazırda mobil tətbiqin texniki inkişafı və bazara giriş strategiyası üzərində intensiv işlər gedir. Bizimlə birlikdə böyümək və startap təcrübəsi qazanmaq istəyən yaradıcı insanları komandamızda görməkdən məmnun olarıq.
© 2026, Built by the Tecrube.az team