Background pattern
Birbank

IT Biznes Analitikası üzrə təcrübəçi

Birbank

Bakı

30 Oktyabr 2025

banner-ads

General Information

Birbank IT Biznes analitika sahəsi üzrə həvəsli, yenilikçi, motivasiyalı və inkişafa yönümlü təcrübəçilər axtarışındadır! Təcrübə proqramının müddəti 3 aydır.


Təklif olunanlar

  • Təcrübəli mütəxəssislərlə işləyərək bilik və bacarıqları təkmilləşdirmək imkanı;
  • Fürsət və yeniliklər dolu bir mühitdə işləmək imkanı;
  • Güclü və böyük komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
  • Peşəkar karyera yoluna başlanğıc.


Haqqımızda

Biz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək – dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır.


Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.

Responsibilities

  • Mövcud proseslərin araşdırılması, təkmilləşdirmə imkanlarının müəyyən edilməsi;
  • Sistemlər və məhsullar üzrə texniki və biznes sənədlərin hazırlanmasına kömək etmək;
  • Müxtəlif maraqlı tərəflərlə ünsiyyət quraraq tələblərin düzgün anlaşıldığından əmin olmaq;
  • Müasir analiz alətlərindən (JIRA, Confluence, SQL və s.) istifadəni öyrənmək və tətbiq etmək;
  • Biznes tələblərinin toplanması, sənədləşdirilməsi və təhlilinə dəstək göstərmək.

Requirements

  • Ali təhsil;
  • Analitik yanaşma və problem həlletmə bacarığı;
  • MS Ofis alətlərindən (MS Office, Google Workspace və s.) istifadə;
  • Biznes analizi alətləri və metodologiyalarına maraq;
  • Müasir kommunikasiya və əməkdaşlıq platformalarından istifadə bacarığı;
  • Yeni texnologiyaları mənimsəməyə hazırlıq.

Information will be provided

Salary

Internship Programs

Category

Full-time

Job Type

30 Oktyabr 2025

Posted Date

7 Noyabr 2025

Deadline

banner-ads

Tecrube.az Logo
Tecrube.az brings you the latest internship programs, free courses, volunteer opportunities, trainings, and scholarships.

© 2025, Built by the Tecrube.az team