Background pattern
PASHA Insurance

Komplayens üzrə təcrübəçi

PASHA Insurance

Bakı

12 Mart 2026

banner-ads

General Information

PAŞA Sığorta ASC namizədləri Komplayens üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu mövqe şirkətin daxili nəzarət sistemində ikinci müdafiə xəttinin bir hissəsi olaraq, proseslərin və fəaliyyətin mövcud qanunvericiliyə uyğunluğunun təmin edilməsində, risklərin idarə olunmasında və komplayens mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Təcrübəçi, normativ sənədlərin ekspertizasının aparılması, risklərin dəyərləndirilməsi və şirkət daxilində komplayens göstəricilərinin monitorinqi kimi əsas funksiyalarda dəstək göstərərək, şirkətin hüquqi və etik standartlara uyğun fəaliyyətinə töhfə verir.

Responsibilities

  • Şirkətdaxili normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) müvafiq struktur bölmələrdən daxil olan sorğular əsasında qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasının həyata keçirilməsində iştirak etmək
  • Qanunvericilik pozuntusu ilə əlaqəli dövlət orqanları və xidmətin özü tərəfindən aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tədbirlərin icrasına nəzarətin həyata keçirilməsində iştirak etmək
  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək və komplayns indikatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək
  • Yeni qanunvericilik aktları, əlavə və dəyişikliklərin komplayens risk matrisinə daxil edilməsi və matrisin yenilənməsi prosesində iştirak etmək
  • Şirkət daxilində və işçilər arasında komplayens mədəniyyətinin formalaşmasında iştirak etmək
  • "Anti-Korrupsiya" və "Maraqların toqquşması" siyasətlərinə uyğun tədbirlərin görülməsi prosesində iştirak edərək risklərin azaldılmasına dəstək göstərmək

Requirements

Bilik və Bacarıqlar

  • Analitik düşüncə və verilənlər bazası ilə işləmə bacarığı
  • Azərbaycan Respublikasının sığorta qanunvericiliyi barədə baza biliklər
  • Ofis proqramları (Microsoft Word, Office, Power Point) ilə sərbəst işləmə bacarığı
  • Hüquqi yazı və araşdırma bacarığı
  • Məsuliyyətli və intizamlı olmaq
  • Komanda ilə işləmə bacarığı
  • Fikrini səlis və dəqiq çatdırmaq
  • Korporativ mühitə uyğun fəaliyyət göstərmək
  • Motivasiya və öyrənməyə maraq
  • Araşdırma və analizə maraq göstərmək
  • Detallara diqqət yetirmək
  • Dil bilikləri: Azərbaycan, İngilis


Təhsil və Təcrübə

  • Hüquq və ya İqtisadiyyat (maliyyə, mühasibat uçotu, audit prioritet olmaqla) ixtisası üzrə ali təhsil
  • 0-1 il müvafiq sahədə iş təcrübəsi

Information will be provided

Salary

Internship Programs

Category

To be announced

Job Type

12 Mart 2026

Posted Date

11 Aprel 2026

Deadline

banner-ads

Tecrube.az Logo
Tecrube.az brings you the latest internship programs, free courses, volunteer opportunities, trainings, and scholarships.

© 2026, Built by the Tecrube.az team