Background pattern
Birbank

KOS kredit riskləri üzrə təcrübəçi

Birbank

Bakı

15 Yanvar 2026

banner-ads

General Information

Kredit risklərinin təhlili departamentinin KOS kreditlərin təhlili şöbəsinə təcrübəçi vəzifəsinə uyğun namizədlərin axtarışındayıq. Professional bir komandanın üzvü olacaq bu əməkdaşlardan yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, analitik düşünmə və çevik qərarvermə qabiliyyəti, məsuliyyətlik, dəqiqlik, risklərin düzgün qiymətləndirilməsi və bankdaxili normativ qaydaların tam olaraq qorunmasına nəzarət tələb olunur.

Responsibilities

  • KOS və korporativ müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
  • Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;
  • Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
  • Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək

Requirements

  • Ali təhsil (İqtisadiyyat/Maliyyə/Mühasibatlıq/Menecment və s. ixtisaslar üzrə arzu olunandır);
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Maliyyə hesabatları üzrə ümumi biliklər;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Komandada işləmə bacarığı.

Information will be provided

Salary

Internship Programs

Category

Full-time

Job Type

15 Yanvar 2026

Posted Date

23 Yanvar 2026

Deadline

banner-ads

Tecrube.az Logo
Tecrube.az brings you the latest internship programs, free courses, volunteer opportunities, trainings, and scholarships.

© 2026, Built by the Tecrube.az team