Background pattern
Azərbaycan Respublikasının Mərkəzi Bankı

"MALİYYƏÇİSƏN" təcrübə proqramı

banner-ads

General Information

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən “Maliyyəçisən” təcrübə proqramı ölkənin yüksək potensiallı gənclərinə biliklərini təkmilləşdirmək və praktiki təcrübələrini artırmaq imkanı təqdim edir.

Mərkəzi bankçılıq sistemi üzrə əvəzsiz təcrübə qazandıracaq bu proqram gənclərə uğurlu karyera yolunda inamla irəliləməyə təkan verəcək. İştirakçılar təcrübə müddəti ərzində seçilən istiqamətlər üzrə təyin olunan mentorların dəstəyi ilə ən mühüm bacarıqlara yiyələnəcək, müxtəlif bankdaxili təlimlərə qatılacaqlar.


Proqramı uğurla bitirən təcrübəçilərə Mərkəzi Bank tərəfindən sertifikat və tövsiyə məktubu təqdim olunacaq.


Proqram ilə bağlı digər detallar:

  • Proqramın müddəti - 2 ay (iyul və avqust ayları)
  • İştirak- həftənin 5 günü
  • Ödəniş - gündəlik yol və qidalanma xərclərini qarşılaya biləcək məbləğdə təqaüd


Təcrübəçilərin seçim mərhələsi

  • Müraciətlərin qəbulu və nəzərdən keçirilməsi
  • Test mərhələsi
  • Qrup müsahibəsi
  • Panel müsahibəsi


2025-ci il üzrə təcrübə proqramının əhatə etdiyi istiqamətlər

  • Pul siyasəti departamenti
  • Maliyyə sabitliyi departamenti
  • Bazar davranışlarının tənzimlənməsi departamenti
  • Rezolyusiya departamenti
  • Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti
  • Maliyyə monitorinqi departamenti
  • Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti
  • Maliyyə bazarlarında əməliyyatlar departamenti
  • Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti
  • İstehlakçılarla iş departamenti
  • Maliyyə bazarlarının hüquqi təminatı departamenti
  • Hüquqi və təşkilati işlər departamenti
  • Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti
  • İnsan resursları departamenti
  • Satınalmalar departamenti
  • Maliyyə Texnologiyaları və İnnovasiyalar departamenti 
  • Data departamenti
  • Rəqəmsal mühəndislik departamenti
  • İnformasiya texnologiyaları əməliyyatları departamenti



Müraciət üçün son tarix hansıdır?

Təcrübə proqramına müraciət etmək üçün son tarix 22 aprel 2025-ci ildir.


Necə müraciət etmək olar?

Müraciətlərin qəbulu yalnız aşağı sətrdə yerləşdirilən xüsusi müraciət forması vasitəsi ilə mümkündür.

Əlavə suallarınız yaranarsa maliyyecisen@cbar.az ünvanına müraciət edə bilərsiniz.

Responsibilities

Məlumat veriləcək

Requirements

  • Təcrübə proqramına bakalavr pilləsinin 2-ci, 3-cü və 4-cü (və ya sonuncu) kurs tələbələri, magistratura pilləsində təhsil alan tələbələr və son iki ilin bakalavr və magistr məzunları müraciət edə bilər.

Information will be provided

Salary

Internship Programs

Category

To be announced

Job Type

9 Aprel 2025

Posted Date

9 May 2025

Deadline

banner-ads

Tecrube.az Logo
Tecrube.az brings you the latest internship programs, free courses, volunteer opportunities, trainings, and scholarships.

© 2026, Built by the Tecrube.az team