Background pattern
Bir ecosystem

Model Risklərinin İdarə Edilməsi üzrə təcrübəçi

Bir ecosystem

Bakı

16 Oktyabr 2026

banner-ads

General Information

Bu təcrübəçi rolu Model Risk Management (MRM) istiqamətində model inventarının idarə edilməsi, validasiya nəticələrinin və tədbirlər planlarının icrasının izlənilməsi, risk göstəricilərinin monitorinqi və hesabatlılıq proseslərinə dəstək göstərməyi əhatə edir. Namizədlərdən Excel üzrə yaxşı bilik, bank fəaliyyəti və risklərin idarə edilməsi haqqında ümumi anlayış, analitik düşüncə, detallara diqqət və ingilis dili bacarıqları gözlənilir

Responsibilities

  • Model inventarının aktual saxlanılmasına dəstək göstərmək, model sahibləri ilə birlikdə məlumatların yenilənməsini təmin etmək;
  • Validasiya tapıntılarının və tədbirlər planlarının icra vəziyyətini izləmək;
  • Model riski üzrə göstəricilərin (KPI, SLA, risk iştahası) monitorinqinə və hesabatlılığına dəstək göstərmək;
  • MRM Komissiyasının materiallarının və protokollarının hazırlanmasında iştirak etmək;
  • Daxili normativ sənədlərin (siyasət, metodologiya, prosedur) yenilənməsində və digər struktur bölmələrin sənədlərinə rəylərin hazırlanmasında iştirak etmək;
  • Kənar şirkətlər tərəfindən aparılan validasiya layihələrinin qrafikini və təhvil verilən nəticələrini izləmək;
  • Modellərlə bağlı risklər üzrə nəzarət (assurance) işlərinə dəstək göstərmək;

Requirements

  • İqtisadiyyat, maliyyə, risklərin idarə edilməsi, riyaziyyat, statistika və ya oxşar ixtisas üzrə ali təhsil (son kurs tələbəsi, məzun və ya magistrant)
  • Excel üzrə yaxşı bilik, Tableau və ya SQL bilikləri üstünlükdür
  • Bank fəaliyyəti, risklərin idarə edilməsi və statistik modellər haqqında ümumi anlayış
  • Hesabat, təqdimat və işgüzar yazışma hazırlamaq bacarığı, ingilis dili: sənədləri oxumaq və yazışma aparmaq səviyyəsində
  • İşi sistemli təşkil etmək bacarığı, detallara diqqət və dəqiqlik
  • Ünsiyyət bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik

Information will be provided

Salary

Internship Programs

Category

Full-time

Job Type

16 Oktyabr 2026

Posted Date

15 Noyabr 2026

Deadline

banner-ads

Tecrube.az Logo
Tecrube.az brings you the latest internship programs, free courses, volunteer opportunities, trainings, and scholarships.

© 2026, Built by the Tecrube.az team