Background pattern
PASHA Bank

Müştəri Məmnuniyyəti üzrə Təcrübə Proqramı

PASHA Bank

Bakı

26 Yanvar 2025

banner-ads

General Information

"PAŞA Bank"da yeni təcrübə və inkişaf fürsəti sizi gözləyir! 


Müştəri məmnuniyyəti üzrə təcrübə proqramına qoşulun və peşəkar inkişafınızda yeni uğurlu başlanğıca addım atın.


Müştəriyönümlülük strategiyamızın bir parçası olan və 6 ay müddətində davam edən proqram çərçivəsində yeni məzun və tələbələr korporativ iş mühiti ilə yaxından tanış olaraq bank sahəsində müştəri xidmətləri üzrə bilik və bacarıqlara yiyələnəcəklər.


Bu proqram sizə nə qazandıracaq?


  • Təcrübə: Bank sektorunda müştərilərlə real iş mühiti;
  • Təlimlər: PAŞA Bank mütəxəssisləri tərəfindən praktiki biliklər;
  • Korporativ Mühit: Peşəkar iş mühiti və yeni əlaqələr;
  • Sertifikat: Təcrübənin sonunda rəsmi sertifikatla təmin olunma.

Responsibilities

  • Müştəriləri gülərüzlə qarşılayıb yönləndirmə;
  • Müştəri ehtiyaclarına uyğun növbəlilik sistemində dəstək göstərmə;
  • PAŞA Bank tətbiqi vasitəsilə müştəriləri məlumatlandırma və dəstək.

Requirements

  • Bakalavr üzrə 3-cü və 4-cü kurslarda təhsil alan tələbələr, hazırkı magistr tələbələri və 2024-cü il məzunları;
  • Səlis Azərbaycan dili, ingilis və ya rus dili biliklərinə üstünlük verilir;
  • Yüksək kommunikasiya bacarığı, təşəbbüskarlıq və motivasiya;
  • Komandada effektiv işləmə və detallara diqqət yetirmə qabiliyyəti.

Information will be provided

Salary

Internship Programs

Category

To be announced

Job Type

26 Yanvar 2025

Posted Date

25 Fevral 2025

Deadline

banner-ads

Tecrube.az Logo
Tecrube.az brings you the latest internship programs, free courses, volunteer opportunities, trainings, and scholarships.

© 2026, Built by the Tecrube.az team