Background pattern
PASHA Insurance

Müştəri qəbulu üzrə təcrübəçi

PASHA Insurance

Bakı

9 İyul 2026

banner-ads

General Information

PAŞA Sığorta ASC namizədləri Müştəri Əlaqələri Departamentində Müştəri qəbulu üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın bir üzvü olmağa dəvət edir.


Bu vəzifə şirkətə müraciət edən müştərilərə ilkin mərhələdə yüksək keyfiyyətli xidmət göstərməklə Müştəri Əlaqələri Departamentinə dəstək olmağı nəzərdə tutur. Təcrübəçi müştəri müraciətlərinin qeydiyyatı, sənədləşdirilməsi və həllinə yardım etməkdən, məlumatların sistemə dəqiq daxil edilməsindən və müsbət müştəri təcrübəsinin formalaşdırılmasına töhfə verməkdən məsul olacaq, bununla da şirkətin xidmət standartlarını və dəyərlərini qoruyacaq.



Bizim Təklifimiz

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Mehriban və dəstəkləyici komanda mühiti;
  • Şəffaf və korporativ idarəetmə mədəniyyəti;
  • Peşəkar təlim və inkişaf proqramlarına çıxış;
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Responsibilities

  • Şirkətə müraciət edən müştərilərə keyfiyyətli xidmətin göstərilməsinə və sənədlərin toplanmasına dəstək olmaq;
  • Müştərilərə vaxtında geri dönüşlərin edilməsini təmin etməyə kömək göstərmək;
  • Səlahiyyətlər çərçivəsində müraciətlərin həlli üçün ətraflı məlumatlandırmaya dəstək vermək;
  • Sığorta qanunvericiliyi ilə bağlı daxil olan sualların cavablandırılmasına yardım etmək;
  • Məlumatların proqram təminatına tələblərə uyğun, dəqiq və tam daxil edilməsini təmin etmək;
  • Proqram təminatında baş verən xətalar barədə birbaşa rəhbərə yazılı məlumat vermək;
  • Gündəlik fəaliyyəti şirkətin strategiya və korporativ dəyərlərinə uyğun aparmaq.

Requirements

Bilik və Bacarıqlar

  • Mövcud qanunvericilik sahəsində ilkin biliklər;
  • Müştərilərlə effektiv işləmə bacarığı;
  • Fikrini aydın və səlis ifadə etmə qabiliyyəti;
  • Yüksək məsuliyyət hissi və dəqiqlik;
  • Komandada işləmək bacarığı;
  • Dəyişən şəraitə tez uyğunlaşma və reaksiya vermə bacarığı;
  • Stressə davamlılıq;
  • Dil bilikləri: Azərbaycan, Rus


Təhsil və Təcrübə

  • Ali təhsil (bakalavr dərəcəsi); yeni məzunlara və ya son kurs tələbələrinə üstünlük verilir;
  • Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur.

Information will be provided

Salary

Internship Programs

Category

To be announced

Job Type

9 İyul 2026

Posted Date

8 Avqust 2026

Deadline

banner-ads

Tecrube.az Logo
Tecrube.az brings you the latest internship programs, free courses, volunteer opportunities, trainings, and scholarships.

© 2026, Built by the Tecrube.az team